Xəzər Xəbər

Bakıda nazirlərin üçtərəfli iclası keçiriləcək

Gündəm | 12:45 • 26 İyun 2022
Bakıda nazirlərin üçtərəfli iclası keçiriləcək

Sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

XəzərXəbər bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022