Xəzər Xəbər

Nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Gündəm | 16:44 • 23 İyun 2022
Nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vasitəsilə Avropa İttifaqı ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O qeyd edib ki, Azərbaycan Rumıniya ilə ticarət, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

M.Məmmədquliyev əlavə edib ki, münaqişədən sonrakı mərhələdə Azərbaycanın prioritetləri aydın şəkildə ifadə edilib. "Bu mövqe yenidənqurma və əməkdaşlıq, dayanıqlı sülh ilə ifadə olunur. Azərbaycan 30 il ərzində ermənilər tərəfindən törədilmiş dağıntıların aradan qaldırılması ilə bağlı addımlar atır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atır. Bu dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək”, - xarici işlər nazirinin müavini vurğulayıb./Trend 

Xəbər lenti