Xəzər Xəbər

İlham Əliyev Ukraynaya getdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə gedib
Gündəm | 12:50 • 14 Yanvar 2022
İlham Əliyev Ukraynaya getdi

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

XəzərXəbər xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülmüşdü.

Dövlətimizin başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti