Xəzər Xəbər

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Gündəm | 20:47 • 9 Dekabr 2021
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin “twitter” hesabındakı paylaşımda qeyd edilib.

"“Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!", - paylaşımda deyilir.

Xəbər lenti