Xəzər Xəbər

Maaş, pensiya və təqaüdlər nə qədər artaracaq? - Deputat açıqladı

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
Gündəm | 6,413 | 12:25 • 6 Dekabr 2021
Maaş, pensiya və təqaüdlər nə qədər artaracaq? - Deputat açıqladı

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".

XəzərXəbər-in xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Xəbər lenti

Çox oxunanlar