Xəzər Xəbər

Nazir onları işdən çıxardı

Gündəm | 10:45 • 2 Dekabr 2021
Nazir onları işdən çıxardı

Şəmkir rayon Polis Şöbəsinin iki vəzifəli şəxsi işdən çıxarılıb.

XəzərXəbər xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Onlar hər ikisi xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.

Xəbər lenti