Xəzər Xəbər

Qiyabi təhsil alan tələbələrə təhsil krediti verilməyəcək

Gündəm | 14:12 • 25 Noyabr 2021
Qiyabi təhsil alan tələbələrə təhsil krediti verilməyəcək

Təhsil krediti alacaq tələbələrin özəl və ya dövlət universitetində təhsil almalarının fərqi yoxdur.

XəzərXəbər xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ödənişli əsaslarla oxuyan tələbə də kredit almaq hüququna malikdir:

"Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".

İdris İsayev qeyd edib ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr kredit almaq hüququna malikdir:

"Qiyabi təhsil alan tələbələrə isə TTK-nın verilməsi nəzərdə tutulmayıb".

Xəbər lenti