Xəzər Xəbər

Onlara borcu ödəmək üçün 1 həftə vaxt vermişdik - Ruslan Əliyev

Gündəm | 13:08 • 19 Noyabr 2021
Onlara borcu ödəmək üçün 1 həftə vaxt vermişdik - Ruslan Əliyev

“Biz “Azəristiliktəchizat” ASC-yə qaza olan borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Bununla belə, onun sözlərinə görə, möhlətin müddəti dekabrın 15-nə qədər uzadılıb: “Əgər o vaxta qədər ödəniş olmasa biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".

Xəbər lenti