Xəzər Xəbər

Rusiya XİN-dən Zəngəzur dəhlizilə bağlı AÇIQLAMA

Gündəm | 22:25 • 28 Oktyabr 2021
Rusiya XİN-dən Zəngəzur dəhlizilə bağlı

Cənubi Qafqazda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bütün məsələlər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilməli və həll edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq bu mexanizmin səkkiz iclası keçirilib və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.
“Biz Cənubi Qafqazda bütün iqtisadi-nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli razılaşmaların həyata keçirilməsinə kömək edən bəyanatlara və addımlara sadiq qalmağı düzgün hesab edirik”, - deyə M.Zaxarova vurğulayıb.

Xəbər lenti