Xəzər Xəbər

Baş nazir Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Gündəm | 18:47 • 28 Oktyabr 2021
Baş nazir Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da görüşdə iştirak edib.

Xəbər lenti