Xəzər Xəbər

Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Gündəm | 1,135 | 20:07 • 18 Oktyabr 2021
Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

“”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma tarifinin artırılması və ümumiyyətlə, qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.

XəzərXəbər xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, son dövrlər, xüsusilə də son 2 ildə digər sahələrdə müəyyən qiymət artımı baş verdikdə, nədənsə “Bakı Metropoliteni”nin gediş haqqı məsələsi də gündəmə çıxarılır: “”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı qiymətlərinin tənzimlənməsi məsələlərinə yalnız Tarif Şurası baxır, qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətləri çərçivəsindədir”. / Konkret.az

Xəbər lenti