Xəzər Xəbər

18 oktyabr iş günüdür? RƏSMİ AÇIQLAMA

Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yaydı
Gündəm | 1,560 | 09:07 • 16 Oktyabr 2021
18 oktyabr iş günüdür?

Oktyabrın 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən 28 may - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən XəzərXəbər-ə bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

Xəbər lenti