Xəzər Xəbər

Ərdoğan enerji təchizatı sahəsində Azərbaycanla anlaşmaların əhəmiyyətindən danışıb

Gündəm | 20:04 • 15 Oktyabr 2021
Ərdoğan enerji təchizatı sahəsində Azərbaycanla anlaşmaların əhəmiyyətindən danışıb

Biz tədbirlərimizi ciddi şəkildə görmüşük. Bundan sonrakı proseslərdə də görəcəyik. Azərbaycanla əldə etdiyimiz anlaşmalar da bu tədbirlərə aiddir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda bir sıra ölkələrin qarşılaşdığı enerji böhranı ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyənin enerji təhlükəsizliyi tədbirlərini, eləcə də TANAP-ın rezerv imkanlarını xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Rusiya ilə anlaşmamız çox-çox həssasdır. Rusiya, İran və Azərbaycan ilə mövcud anlaşmalarımız bizim böhran yaşamayacağımıza işarədir. Sadəcə İngiltərədə deyil, bir çox qərb ölkələrində sıxıntılar davam edir. Bizim hazırda belə bir problemimiz yoxdur”.

Xəbər lenti