Xəzər Xəbər

Prezident İlham Əliyev: Hazırda Avropa İttifaqının Cənubi Qafqazda iştirakı məsələsi geniş şəkildə müzakirə edilir

Gündəm | 14:22 • 13 Oktyabr 2021
Prezident İlham Əliyev: Hazırda Avropa İttifaqının Cənubi Qafqazda iştirakı məsələsi geniş şəkildə müzakirə edilir

Hazırda Avropa İttifaqının Cənubi Qafqazda iştirakı məsələsi geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.

Xezerxeber.az xəbər verir ki, fikirləri Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik”.

Xəbər lenti

Çox oxunanlar