Xəzər Xəbər

Prokurorluğun dörd əməkdaşı ali xüsusi rütbələrlə təltif edilib

Gündəm | 15:20 • 30 Sentyabr 2021
Prokurorluğun dörd əməkdaşı ali xüsusi rütbələrlə təltif edilib

Sentyabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsinə dair Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun dörd əməkdaşına – Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov və Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilib.

Xatırladaq ki, 1 oktyabr – Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.

Xəbər lenti