Xəzər Xəbər

Mövlud Çavuşoğlu Azərbaycan yanğınsöndürənlərindən danışıb

Azərbaycanın bir təyyarəsi artıq Dalamana gəlib
Gündəm | 08:48 • 6 Avqust 2021
Mövlud Çavuşoğlu Azərbaycan yanğınsöndürənlərindən danışıb

Təyyarə və helikopterlərlə bağlı işlər davam edir. Azərbaycanın bir təyyarəsi artıq Dalamana gəlib. Hazırda Azərbaycana məxsus daha 50 yanğınsöndürən maşın və 150 yanğınsöndürən mütəxəssis Türkiyəyə gəlir.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə birgə mediaya açıqlamasında bildirib.

Qeyd edilib ki, bu gün beş vilayətdə 14 fərqli nöqtədə yanğınla mübarizə aparılıb. Bəzi ərazilərdə nəzarət əldə olunub və soyutma işlərinə başlanılıb. Bir sıra bölgələrdə söndürmə işləri davam edir.

Bölgədə əsən küləyin təsirinin avqustun 6-da azalacağının gözlənildiyini deyən nazir bunun söndürmə işlərinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Nazır deyib: “Antalyada baş verən yanğında 7 nəfər həlak olub, 770 vətəndaşımız xəsarət alıb. Onlardan 750-si artıq evə buraxılıb. Digər 6 yaralının müalicəsi davam edir. İlkin araşdırmalara əsasən, yanğınlar zamanı 2164 tikili zərər görüb. Zərər çəkən vətəndaşlarımıza maddi yardımımız davam edir. İndiyədək 1055 ailəyə ümumilikdə 17 milyon türk lirəsi məbləğində ödəniş edilib.

Xəbər lenti