Xəzər Xəbər

Mustafa Şentop sülh müqaviləsindən danışdı

TBMM sədri: "Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanmaq təklifi çox mühüm addımdır
Gündəm | 600 | 16:55 • 28 İyul 2021
Mustafa Şentop sülh müqaviləsindən danışdı

"Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalanmaq təklifi çox mühüm addımdır".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, Türkiyə, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

M.Şəntop parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib.

TBMM sədri, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib.

Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb./report

Xəbər lenti