Xəzər Xəbər

Bakı Zooparkı açılışa hazırlaşır? - Direktordan AÇIQLAMA

Gündəm | 16:59 • 23 İyul 2021
Bakı Zooparkı açılışa hazırlaşır? - Direktordan AÇIQLAMA

"Bakı Zooloji parkının açılışı üçün işlər yekunlaşmaq üzrədir".

XəzərXəbər xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, hazırda Qaradağ rayonu ərazisində müvəqqəti yerləşdirilən heyvanların köçürülmə prosesinə davam edilir:

"Parkın açılışı ilə bağlı dəqiq tarix olmasa da, çox az qalıb. Bu il mütləq açılış olacaq".

Xatırladaq ki, Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb.

Xəbər lenti

Çox oxunanlar