Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Pensiyaçılara şad xəbər: artım olacaq

Pensiyalarda artım gözlənilir
Gündəm | 21,367 | 14:48 • 6 İyul 2021
Pensiyaçılara şad xəbər: artım olacaq

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.

XəzərXəbər xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyin vətəndaşlara verəcəyi üstünlükləri şərh edərkən deyib.

M.Quliyev bildirib ki, 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlara dəyişikliklər olacaq və bu dəyişiklikdən sonra diferensiallaşmış qaydada, yəni əlillik faizinə uyğun olaraq hər bir vətəndaşımızın pensiya və müavinətinin artırılması imkanı yaranacaq.

Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

Xəbər lenti

Çox oxunanlar