Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

COVID-19 peyvəndi sonsuzluğa səbəb olur? - RƏSMİ AÇIQLAMA

Gündəm | 12:21 • 24 İyun 2021
COVID-19 peyvəndi sonsuzluğa səbəb olur? - RƏSMİ AÇIQLAMA

COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğu ilə bağlı səsləndirilən fikirlər əsassızdır.

XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov deyib.

Onun sözlərinə görə, hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var: "Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi".

Ekspert həmçinin əlavə edib ki, dünya təcrübəsinə baxılsa bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib: "Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir".

Xəbər lenti

Çox oxunanlar