Xəzər Xəbər

Hərbi alpinistlərin iştirakı ilə fəth ediləcək adsız zirvə “Zəfər” adlandırılacaq

Gündəm | 12:56 • 19 İyun 2021
Hərbi alpinistlərin iştirakı ilə fəth ediləcək adsız zirvə “Zəfər” adlandırılacaq

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və  “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Zəfər Azərbaycanındır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən adsız zirvəyə yola düşəcəklər.  
Alpinistlərin fəth edəcəyi adsız zirvə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin  şərəfinə “Zəfər” adlandırılacaq. Hərbçilərin iştirak etdiyi  alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 30-dək keçiriləcək.   
Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.

Xəbər lenti