Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların şəraiti daha da yaxşılaşdırılıb

Gündəm | 71 | 14:21 • 11 İyun 2021
Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların şəraiti daha da yaxşılaşdırılıb

Azad edilmiş ərazilərdə 60-dək modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçularımıza təhvil verilib.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qoşun xidməti və bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir: "Artıq işğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri hərbi qulluqçularımıza təhvil verilib. Bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik fəaliyyətinin aparılması, eləcə də döyüş və xidməti fəaliyyətlərinin aparılması üçün daha da yaxşı şərait yaradılıb”.

Xəbər lenti

Çox oxunanlar