Xəzər Xəbər

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub

Gündəm | 18:08 • 14 May 2021
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ramazan bayramı münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Xezerxeber.az xəbər verir ki, Mustafa Şentop Milli Məclisin sədrinin və üzvlərinin bayramını təbrik edib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Sahibə Qafarova da , öz növbəsində, həmkarına, TBMM üzvlərinə və bütün Türkiyə xalqına müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini yetirib. Spikerlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbər lenti