Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda Ramazan tətili başlayır

Gündəm | 99 | 11:16 • 8 May 2021
Azərbaycanda Ramazan tətili başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır.

XəzərXəbər xəbər verir ki, tətil mayın 16-dək davam edəcək.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Qeyri-iş günlərində ictimai nəqliyyat işləməyəcək.

Xəbər lenti

Çox oxunanlar