Xəzər Xəbər

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

Gündəm | 17:25 • 22 Aprel 2021
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

Sabah Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə Xezerxeber.az-a YAP-dan məlumat verilib.

Məlumata görə, YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb.

Xəbər lenti

Çox oxunanlar