Xəzər Xəbər

Avropa Şurasının Baş katibi: Qarabağda müharibənin dayandırılmasına dair Bəyanatı alqışlayırıq

Gündəm | 18:27 • 20 Aprel 2021
Avropa Şurasının Baş katibi: Qarabağda müharibənin dayandırılmasına dair Bəyanatı alqışlayırıq

Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dialoq yaratmaq çox vacibdir. Münaqişənin həlli istiqamətində əlimizdən gələni etdik. Ötən ilin noyabrında imzalanan Qarabağda müharibənin dayandırılmasına dair sülh bəyanatını alqışlayırıq.

Bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib.

Baş katib bildirib: “Atəşkəs əldə ediləndən sonra rəsmi Bakı və Yerevan ilə dialoq qurmağa nail olduq. Atəşkəs qüvvəyə mindikdən sonra əsas məsələ Bəyanata riayət olunması və yekun sülh sazişi üzərində işləməkdir. Ancaq yükün sülh üçün tərəflər arasında etimadın yaranması ən vacib məsələdir. Təəssüf ki, bir sıra aqressiv çıxışlar və insidentlər bu prosesə mənfi təsir göstərir”.

Mariya Peyçinoviç-Buriç vurğulayıb ki, davamlı sülhün əldə olunması üçün onların hər iki tərəf üçün təklifləri hazırdır.

Xəbər lenti