Bakı 25 ℃
Xəzər Xəbər
USD 1.7

Prokurorluq sabiq müstəntiqin rüşvət alması barədə yayılan xəbərlərə aydınlıq gətirib

Gündəm | 149 | 15:16 • 16 Aprel 2021
Prokurorluq sabiq müstəntiqin rüşvət alması barədə yayılan xəbərlərə aydınlıq gətirib

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yayılan məlumat təkzib olunur: "Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib. Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb".

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
384 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
954 | 17:16 • 19 Aprel 2021