Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı YENİ XƏBƏR

Gündəm | 132 | 08:50 • 13 Aprel 2021
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı YENİ XƏBƏR

Nazirlər Kabineti nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinin yeni qaydasını müəyyən etməlidir.

XəzərXəbər-in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
 
Fərmana əsasən, Nazirlər Kabineti "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə – "Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021