Xəzər Xəbər

Prezident Fəzail İbrahimlini təltif etdi SƏRƏNCAM

Gündəm | 12:05 • 12 Aprel 2021
Prezident Fəzail İbrahimlini təltif etdi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

XəzərXəbər-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavinidir. O, parlament rəhbərliyində müxalifəti təmsil edir.

F.İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

Xəbər lenti