Xəzər Xəbər

"Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar"

Gündəm | 17:20 • 11 Aprel 2021
"Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar"

Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verən insanlar müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar.

Xezerxeber.az-ın məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin Gəncəyə səfərini müşayiət edən Prezidentin köməkçisi Hikmət hacıyev deyib.

Hikmət Hacıyev xatırladıb ki, Ermənistan ərazisindən 2020-ci il oktyabrın 11-də Gəncə şəhərinə “Skad” raketləri atılıb: "Atəş edilməyə hazır vəziyyətə gətirilən bir neçə “Skad” raketləri zərərsizləşdirildi. Ermənistan rəsmilərindən biri demişdi ki, məqsədləri odur ki, Gəncəni heç arxeoloqlar da tapa bilməsin. Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verən insanlar müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar".

Xəbər lenti