Xəzər Xəbər

Qırğız nazir: Türkdilli dövlətlər arasında zəif nöqtələri tapmaq lazımdır

Gündəm | 15:08 • 10 Aprel 2021
Qırğız nazir: Türkdilli dövlətlər arasında zəif nöqtələri tapmaq lazımdır

“Türk Şurasında analiz və izləmə fəaliyyətləri çox mühüm yer tutur”.

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib.

O qeyd edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığı gücləndirmək, zəif nöqtələri tapmaq, media sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.

“2021-2022-ci illərdə media sahəsində praktik əməkdaşlığın həyata keçiriləcəyinə əminəm”, - deyə o vurğulayıb./Apa

Xəbər lenti

Çox oxunanlar