Xəzər Xəbər

Azərbaycan-Qətər parlamentlərarası əməkdaşlığı müzakirə edilib

Gündəm | 16:53 • 8 Aprel 2021
Azərbaycan-Qətər parlamentlərarası əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Məşvərət Şurasının (Parlament) sədri Əhməd bin Abdullah Al Mahmudla görüşüb.

Azərbaycanın Qədərdəki səfirliyindən xezerxeber.az-a bildiriblər ki, görüşdə ölkələrimizin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yolları müzakirə edilib, postpandemiya dövründə qarşılqılı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir R.İsmayılov həmsöhbətinə Azərbaycan ilə Qətər arasında iqtisadi, xüsusilə də ticarət və sərmayələr sahəsində icra olunan layihələrlə bağlı məlumat verib.

Xəbər lenti