Xəzər Xəbər

Bu rayonda 34 müəllim koronavirusa yoluxdu

Gündəm | 15:54 • 8 Aprel 2021
Bu rayonda 34 müəllim koronavirusa yoluxdu

Göygöl rayonunda 34 orta məktəb müəllimində koronavirus infeksiyası aşkar olunub. Nəticə etibarı ilə sözügedən müəllimlər tədrisdən kənarlaşdırılıblar.

Bu barədə rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.

"Müəllim heyyəti ilə yanaşı covid-19 infeksiyası bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə covid-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib.

Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışırıq", - deyə E.Atayev bildirib.

Məlumat üçün bildirək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir./baku.ws

Xəbər lenti