Xəzər Xəbər

Məktəblərin bağlanması ilə bağlı rəy - Təhsil Nazirliyindən AÇIQLAMA

Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı
Gündəm | 15:11 • 1 Aprel 2021
Məktəblərin bağlanması ilə bağlı rəy - Təhsil Nazirliyindən AÇIQLAMA

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 612 rəy qəbul edilib.

XəzərXəbər-in məlumatına görə, sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.

Xəbər lenti