Xəzər Xəbər

Ömürlük azadlıqdan məhrum edilmiş 3 şəxsin cəzası azaldılıb

Gündəm | 16:37 • 18 Mart 2021
Ömürlük azadlıqdan məhrum edilmiş 3 şəxsin cəzası azaldılıb

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərəncama əsasən, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Xəbər lenti