Xəzər Xəbər

Milli Məclisin iclasının gündəliyi dəyişdi

Gündəm | 14:44 • 13 Mart 2021
Milli Məclisin iclasının gündəliyi dəyişdi

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə ediləcəyi iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Xəbər lenti