Xəzər Xəbər

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı

Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Gündəm | 13:58 • 4 Mart 2021
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı

Martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub. 

XəzərXəbər “Koronavirusinfo.az”a istinadən xəbər verir ki,  hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Xəbər lenti