Xəzər Xəbər

Məktəblərdə dərslər dayandırılır? RƏSMİ CAVAB

Gündəm | 13:26 • 2 Mart 2021
Məktəblərdə dərslər dayandırılır?

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov XəzərXəbər-ə açıqlamasında deyib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur: "Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

Xəbər lenti