Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Qətər Dövlətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Gündəm | 243 | 15:48 • 26 Fevral 2021
Qətər Dövlətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfirliyində anım tədbiri keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, həmçinin qardaş Türkiyənin bu ölkədəki səfiri Mustafa Göksü iştirak ediblər.

Tədbirdən əvvəl Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra səfir Rəşad İsmayılov Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. Xocalı soyqırımının XX əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar cinayət əməllərindən biri olduğunu qeyd edən səfir Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı da oxşar əməllərə əl atdığını, mülki əhalini hədəfə aldığını bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Qətərdəki səfiri M.Göksu Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb və Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş sənədli filmi nümayiş etdirilib.

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi də təşkil olunub, kitablar və müxtəlif materiallar nümayiş etdirilib.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
95 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021