Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Prezident: Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır

Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır.
Gündəm | 187 | 13:15 • 26 Fevral 2021
Prezident: Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır

Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır.

XəzərXəbər-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

“Bu yaxınlarda mənə verilən məlumata görə, azərbaycanlı jurnalist Ermənistanın eks-müdafiə nazirinin bacısını da tapmışdı. Həmin şəxsin doğmaca bacısı burada yaşayır. Ona bir söz deyən varmı? Yoxdur.

Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtması dayanır. Müharibədən 4 ay keçməmiş Ermənistan rəsmi şəxsləriylə təmaslar qurulur. Bu proses müsbət istiqamətdə gedir”.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
92 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021