Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək? ÜST cavab verdi

Gündəm | 322 | 19:07 • 27 Yanvar 2021
Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək?

"Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”.

 

XəzərXəbər xəbər verir ki, bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

O bildirib ki, hər insana harada, nə vaxt peyvənd vurulduğu ilə bağlı sənəd verilməlidir: "Bunun elektron olması daha yaxşıdır, Azərbaycanda bununla bağlı işlər davam edir”.

 

Onun sözlərinə görə, digər sənəd isə səyahət edə bilmək imkanı verən sənəddir: "Səyahətlə bağlı sənəd hələ ki, ÜST-ün tövsiyə etdiyi bir şey deyil. İndiyə qədər sarı qızdırma ilə bağlı belə məcburiyyət var. Ondan başqa hər hansı xəstəliklə bağlı səyahət üçün sənəd yoxdur. Yenə də bunlara ölkələr özü qərar verməlidir”.

Çox oxunanlar

25 dərəcə isti olacaq
26 | 09:16 • 15 Aprel 2021