Xəzər Xəbər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Gündəm | 13:31 • 16 Yanvar 2021
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir.


XəzərXəbər xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.


Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.


Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.


Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Xəbər lenti