Xəzər Xəbər

Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı - RƏSMİ

Gündəm | 15:04 • 10 Sentyabr 2020
Bakı üzrə koronavirusa yoluxmanın

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.


Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.


Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.


Növbəti sıralarda yoluxma sayına görə Xətai (12,2%), Yasamal (11,8%) və Sabunçu (11,7%) rayonları yer alır. 


Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,6%-i Səbail rayonunda yaşayanlardır. 


Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

Xəbər lenti