Xəzər Xəbər

Zakir Həsənov: “Türk ordusu dünyanın ən güclü ordularındandır”

Gündəm | 16:25 • 13 Avqust 2020
Zakir Həsənov: “Türk ordusu dünyanın ən güclü ordularındandır”

"Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir”.


"Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.


Təlimlərdə iştirak edən Türkiyə hərbçilərinə təşəkkürünü bildirən Z. Həsənov qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır: "Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada... İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”.


Çıxışın ardından Türkiyə və Azərbaycanın Müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov təlimlərdə fərqlənənləri təbrik edərək, xatirə hədiyyələri təqdim ediblər.

Xəbər lenti