Xəzər Xəbər

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan danışıb

Gündəm | 15:37 • 1 İyul 2020
Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan danışıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi Tural Gəncəliyev ATƏT Parlament Assambleyası, Aralıq Dənizi ölkələri Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "COVID-19 pandemiyası dövründə terrorizm və radikal ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.


Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından xezerxeber.az-a bildirilib ki, çıxışında Azərbaycanın beynəlxalq səviyyədə terrorizmlə mübarizədə vacib ölkə olduğuna diqqət çəkən Tural Gəncəliyev həm də Azərbaycanın özünün xüsusilə erməni terrorundan əziyyət çəkdiyini xüsusi vurğulayıb.


Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olan Tural Gəncəliyev həm də Milli Məclisdə Xankəndi şəhərindən seçilmiş millət vəkili kimi Azərbaycanın AŞ PA və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.

Xəbər lenti

Çox oxunanlar