Xəzər Xəbər

Deputatlar tətilə yollandılar

Gündəm | 12:32 • 30 İyun 2020
Deputatlar tətilə yollandılar

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub. 


XəzərXəbər-in xəbərinə görə, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib. 


Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib. 


O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub. 


Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı. 


Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar. 


Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. 

Xəbər lenti

Çox oxunanlar