Xəzər Xəbər

Mikayıl Cabbarov: Pandemiyanın iqtisadiyyatımızın strukturunda mənfi təsiri minimal səviyyədədir

Gündəm | 11:24 • 30 İyun 2020
Mikayıl Cabbarov: Pandemiyanın iqtisadiyyatımızın strukturunda mənfi təsiri minimal səviyyədədir

Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir.


XəzərXəbər-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.


Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür:


Реклама

"2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".

Xəbər lenti