Xəzər Xəbər

Qulam İshaqzaidən maskalarla bağlı AÇIQLAMA

Gündəm | 19:27 • 25 İyun 2020
Qulam İshaqzaidən maskalarla bağlı AÇIQLAMA

"Heç bir halda bütün vəziyyətləri əhatə edərək, qaydalar hazırlana bilməz”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib

O bildirib ki, insanlar hər şeyi qayda çərçivəsində etməlidir:

"Vətəndaşlar maskalardan istifadə, karantin qaydalarına riayət olunması ilə bağlı tövsiyələri dərk etməlidirlər.

Maskanı taxmaqda məqsəd nədir? Məqsəd özümüzü, ailəmizi, anamızı, atamızı və onların timsalında hər kəsi qorumaqdır. Bunu insan özü etməli və digərlərinə də aşımalıdır”.

O əlavə edib ki, insan fərdi qaydada nəyi edib-etməməklə bağlı özü qərar verməlidir:

"Mütaliə edin, məlumat toplayın. Etibarlı mənbələrdən bu pandemiya ilə bağlı lazımiməlumatları əldə edin və onlara uyğun addım atın”.

Xəbər lenti