Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı

Gündəm | 12:21 • 20 Mart 2020
Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq fevralın 1-i vəziyyətinə 10 milyon 73 min 238 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə bildirilib ki, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.

Xəbər lenti

Çox oxunanlar