Xəzər Xəbər

MSK sədri: “Analoqu olmayan fəaliyyət göstərdik”

Gündəm | 01:09 • 10 Fevral 2020
MSK sədri: “Analoqu olmayan fəaliyyət göstərdik”

Hesab edirəm ki, anoloqu olmayan fəaliyyət göstərdik.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK-nın "Qaynar xətt”inə müraciət edən şəxslər olub. Komissiya sədrinin sözlərinə görə, dünənki səsvermənin gedişindən çox az narazılıqlar olub.

"MSK-ya daxil olan şikayətlərin və müraciətlərin sayı kifayət qədər azalıb. Azərbaycan ictimaiyyətinin 80-90 faizi sosial şəbəkələrdən istifadə edir. Biz bələdiyyə seçkilərində olduğu kimi bu seçkilərdə də sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi araşdıracağıq” - deyə MSK sədri bildirib.

Xəbər lenti